Yaşlı qadınlar küçədə qar təmizləyir? – BŞİH-dən AÇIQLAMAbackend

Yaşlı qadınlar küçədə qar təmizləyir? - BŞİH-dən AÇIQLAMA

“Bakı Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı araşdırma apardı və məlum oldu ki, sosial şəbəkədə yayılan şəkillər Sumqayıtda çəkilib”.

KONKRET.az xəbər verir ki, bu barədə pravda.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) əməkdaşı İsrafil Kərimov məlumat verib.

İ.Kərimov bildirib ki, BŞİH-in kadrları arasında 65 yaşına çatmış hər kəs təqaüdə çıxır:

“Bakı Şəhər İcra Hakimiyyətində qar təmizləmək üçün ayrılan canlı qüvvələr kişilərdir. Digər tənqidlərə gəlincə isə, bütün paytaxt küçələri BŞİH tərəfindən təmizlənmir, burada müəyyən bölgü var. BŞİH-ə aid olan texnika isə öz sərəncamında olan küçələri təmizləmək üçün istifadə edilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*