Kolumbiyanın qərbində yerləşən Kali şəhər sakininə müxtəlif şirkətlərin istehsalı olan koronavirusa qarşı yeddi vaksin vurulub.
KONKRET.az xəbər verir ki, bu barədə “Noticias Caracol” telekanalı məlumat yayıb.
Kişinin şəxsiyyəti artıq müəyyənləşdirilib. Onun 60 yaşdan yuxarı olduğu və psixi problemlərdən əziyyət çəkdiyi bildirilib.
Ölkənin səhiyyə naziri Kali Torresin sözlərinə görə, faktla bağlı araşdırma başladılıb.
Qeyd olunub ki, yaşlı kişi “Sinovac”, “AztraZeneca”, “Pfizer” və “Janssen” vaksinlərilə peyvənd olunub. Onun səhhətində heç bir neqativ hal müşahidə edilməyib.
