Yeni icra başçısı sakinlərin ayağına getdi – FOTOLARbackend

Yeni icra başçısı sakinlərin ayağına getdi - FOTOLAR

Xudat şəhər sakinlərinin qarşılaşdığı problemlərin  yerindəcə öyrənilməsi və operativ həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bu gün hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə vətəndaşlarla görüş keçirib. Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, vətəndaşların rifahının yaxşılaşdırlması istiqamətində aparılan sosial islahatlar haqqında  sakinlərə geniş məlumat verib.


Səyyar görüşdə sakinlər tərəfindən qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub, bir sıra məsələlərin  operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib. Daha sonra İcra başçısı Xudat şəhər ərazisində yerləşən sosial təyinatlı obyektlərlə gedərək, oradakı vəziyyətlə  tanış olub.
Sonda sakinlər tərəfindən  şəhərin yaxın perspektivdə inkişafı ilə bağlı müəyyən təkliflər səsləndirilib.

C.FƏRZƏLİYEV

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*