Şuşanın işğaldan azad olunması ölkənin hər yerində bayram əhval ruhiyyəsində qeyd edilib. Ali baş komandan qələbə xəbərini elan edəndən sonra insanlar küçələrə çıxıb qələbəni qeyd ediblər.
KONKRET.az xəbər verir ki, Yevlax şəhərində də sakinlər əllərində bayraqlarla gecə saatlarında şəhərin mərkəzi küçəsi ilə yürüş ediblər. İnsanların sevinci, qələbə əhval-ruhiyyəsi möhtəşəm abu-hava yaradıb.
Sakinlər “Qarabağ Azərbaycandır”, “Qələbə bizimdir” şüarı ilə uzun məsafəni qət ediblər./baku tv/
