Kanadanın Alberta vilayətinin Edmonton şəhərində güclü qarın yağması yüzlərlə yol qəzasının baş verməsinə səbəb olub.
KONKRET.az xəbər verir ki, qar noyabrın 9-a keçən gecə yağıb. Hazırda qarın hündürlüyü 20 santimetrə qədərdir. Yol polisi 176 yol qəzası qeydə alıb. Qəzalarda azı 13 nəfər xəsarət alıb.
Şəhərdə qarın təmizlənməsinə 600-ə yaxın texnika cəlb edilib. Yağıntı hələ davam edir.
(Report)