Türkiyənin İpsala bölgəsindən Yunanıstana keçmək istəyən 9 nəfər saxlanılıb.
KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qaçan şəxslər Milli Müdafiə Naziriyi tərəfindən saxlanılıb.
Məlumata görə, Yunanıstana keçmək istəyən şəxslərdən 8-i FETÖ üzvü olub.
Qeyd edək ki, aprelin 20-də də Suriya və Yunanıstana qeyri-qanuni yolla keçməyə çalışan 5 nəfər saxlanılıb.
