Zatulin İLK DƏFƏ Azərbaycanın xeyrinə DANIŞDIbackend

Zatulin İLK DƏFƏ Azərbaycanın xeyrinə DANIŞDI

Zatulin Paşinyanı “axmaq” və “yalançı” adlandırıb.

KONKRET.az xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin teleqram kanalda Ermənistanın Baş naziri Nikol Paşinyanın dünənki bəyanatını şərh edib.

Qeyd edək ki, Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında “seçilmiş hakimiyyətə hörmətsizlik edən şəxslərin Ermənistana girişi qadağandır” deyib.

“Dünən Ermənistanın Baş naziri Paşinyan Ermənistanın arzuolunmaz həmvətənlərinin və dostlarının ölkəyə girişini qadağan etmək üçün yorulmaz fəaliyyətini şərh edib.

Ondan Marqarita Simonyan, Aram Qabrelyanov, mən və siyahısı açıqlanmayan digər şəxslərə qadağa barədə soruşublar.

Cənab Paşinyan cavab olaraq ənənəvi yalan danışıb. Təbrik edirəm, yalançı!

Belə çıxır ki, biz vətənə (Rusiyaya) münasibətdə Ermənistana etdiyimizin ən azı 1%-ni etsəydik, ölkə ərazisinə vizasız daxil ola bilməzdik.

Bəs biz Ermənistana nə etmişik?

Mənim öz siyahım var. Mən erməni deyiləm. Ermənistan vətəndaşı da deyiləm və heç vaxt olmamışam.

Lakin otuz ildən artıq ictimai, siyasi və parlament fəaliyyəti dövründə o, tarixi yaddaşa sadiqliyin, rus və erməni xalqları arasında dostluğun, Ermənistanın özü tərəfindən tanınmayan Qarabağ “respublika”sına dəstəyin tərəfdarı olmuşam.

1995-ci ildə “erməni soyqırımı”nın Rusiya Federasiyası tərəfindən tanınması haqqında qətnamənin müəllifi olmuşam. 2018-ci ildə Rusiya-Ermənistan Lazarev Klubunu yaratmışam və 2021-ci ildə Qarabağ əhalisinin koronavirusa qarşı peyvənd olunmasını təşkil etmişəm və sairə.

Ermənistanda çoxlu dostum var. Amma baş nazirin dediyinə görə, mən yanlış insanlarla dostam. Keçən il qadağadan sonra o, Ermənistanın hazırkı səfirini mənim yanıma lazım olanlarla “dostluğa məcbur etmək” ümidi ilə göndərmişdi. Yazıq səfir!

Dünən Paşinyan mənə eyham vuraraq, “bəziləri Ermənistan hökumətindən Zəngəzur dəhlizi ilə bağlı verdiyi vədləri yerinə yetirməyi tələb edir” deyib.

Onun mənə iddiaları cəfəngiyyatdır.

Aydınlıq gətirirəm. Keçən il Paşinyanın təbliğatçılarının yalanları ilə zombiləşən bir jurnalist mənə telefonla sual verdi: “Rusiya niyə Ermənistandan Azərbaycana Zəngəzur dəhlizinin verilməsini tələb edir?”

Deməliyəm ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ, ümumiyyətlə, Rusiya ilə bağlı deyil, Türkiyə ilə Azərbaycana da heç bir dəhliz lazım deyil. Ermənistanın indiki hökumətinin bəzi vədlərində, xüsusən də imzalanmış protokolda Azərbaycanla “kommunikasiyaların açılması” öz əksini tapıb.

Yəni dəhliz haqqında bizə müraciət etməyin. Vəssalam. Mənim Ermənistan hökumətindən, onun ərazisindən dəhliz açmağı tələb etdiyimi iddia etmək üçün axmaq və ya Paşinyan olmalısan. Görünür, mən Paşinyan üçün Korotçenko ilə bir adamam.

Nikol hesab edir ki, “Ermənistan mənəm!” və bildiyiniz kimi, o, bəyan edib: “Qarabağ Ermənistandır və nöqtə!”

Bəs Paşinyan Qarabağı necə Ermənistana “çevirə” bildi, burası maraqlıdır”, – deyə Zatulin yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

  • Мамед Абдуллаев
    Mart 16, 2023 - 17:03

    Sarhadi acmag vaxti catib.Homatla.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*