Zaur Darğallı Gürcüstandakı seçkilərdə qalib gəlirbackend

Zaur Darğallı Gürcüstandakı seçkilərdə qalib gəlir

Gürcüstanın Marneuli-Qardabani seçki dairəsində parlament seçkiləri ilə bağlı səsvermənin nəticələri açıqlanıb.

KONKRET.az “Report”-a istinadən xəbər verir ki, dairə üzrə 124 seçki məntəqəsinin hamısında səslərin sayılması artıq başa çatdırılıb.

Nəticələrə əsasən, Gürcü Arzusu Partiyasının majoritar deputatlığa namizədi Zaur Darğallı 51,16% səs toplayıb.

“Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət” seçki blokunun namizədi Azər Süleymanov 38,69%, Avropalı Gürcüstan Partiyasının namizədi Əhməd İmamquliyev isə 3,65% səs qazanıb.

Bolnisi-Dmanisi-Tetritskaro-Tsalka seçki dairəsi üzrə də nəticələr elan olunub. Bu dairədə də “Gürcü Arzusu”ndan Qogi Meşveliani 55,41% səslə qalib gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*