Zelenski azərbaycanlı güləşçini təbrik etdi – FOTObackend

Zelenski azərbaycanlı güləşçini təbrik etdi - FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinə Olimpiya Oyunlarında gümüş medal qazandıran azərbaycanlı idmançı Pərviz Nəsibovu təbrik edib.

KONKRET.az xəbər verir ki, o, öz İnstaqram hesabında bu barədə paylaşım edib.

Zelenski paylaşımda bunları yazıb: “Ukrayna üçün daha bir medal…Yunan-Roma güləşçisi Pərviz Nəsibov Olimpiadada uğurlu çıxış edib gümüş medal qazandı. Səmimi təbriklərimi çatdırıram”.

Qeyd edək ki, Pərviz Nəsibov finalda iranlı Məhəmməd Reza Qerayiya uduzaraq gümüş medal əldə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*