Zelenski Consona təşəkkür etdibackend

Zelenski Consona təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consona Kiyevə səfər etdiyi üçün təşəkkür edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə görüşdən sonra açıqlamasında deyib.

O, bu səfərin Ukraynaya dəstəyin göstəricisi olduğunu bildirib.

“Biz strateji dialoq rejimində danışıq apardıq. Dövlətlərimiz arasında gələcək layihələri planlaşdırdıq”, – deyə Zelenski bildirib.

O vurğulayıb ki, indi Conson genişmiqyaslı müharibə başlayandan bəri Ukraynanın necə dəyişdiyini öz gözləri ilə görüb.

“Rusiya Federasiyasına sanksiyalarla daha çox təzyiq göstərməliyik. Biz bu nəticələrə ümid edirik”,- deyə Zelenski bildirib.

Zelenski Rusiya Federasiyasına qarşı güclü sanksiyalar tətbiq etməkdə davam edən Böyük Britaniyaya təşəkkür edib və digər demokratik Qərb dövlətlərinin də ondan nümunə götürməli olduğunu vurğulayıb.

Bundan əlavə, Zelenski Böyük Britaniyanın Baş nazirinə Rusiya Federasiyası ilə danışıqların gedişi barədə məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*