Zelenski Putinlə görüşə hazır olub-olmadığını cavablandırıb.
KONKRET.az xəbər verir ki, Ukrayna dövlətinin başçısı bu barədə la Repubblica-ya müsahibəsində danışıb. Ukrayna Prezidenti Volodimir Zelenski başçısı Vladimir Putinlə görüşə hazır olub-olmaması və hansı şəraitdə olması sualına cavab verib.
Onun sözlərinə görə, o, artıq Ukrayna Prezidenti olduğu son illər ərzində bu görüşə hazır olub, ölkədə müharibə artıq 8 ildir davam edir.
“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi bir aydır ki, davam edir. Mən dəfələrlə açıq şəkildə bəyan etdiyim bu görüşə indi də hazıram. Hamımıza sülh lazımdır. Biz atəşkəs şərtlərini müzakirə etməyə hazırıq. Sülh şərtlərinə əməl edirik, lakin biz ultimatumları yerinə yetirməyə hazır deyilik”, – deyə Zelenski vurğulayıb.
Daha əvvəl bu müsahibəsində Zelenski neçə saat yatdığını və ailəsi ilə nə qədər tez-tez danışdığını açıqlamışdı. “Mən həmişə az yatıram, mən belə rejimə öyrəşmişəm, bu problem deyil. Amma ailəmlə daha çox ünsiyyət qurmaq istərdim, bu, doğrudur. Amma bu da mütləq olacaq”, – deyə Zelenski qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
