Zelenski: Roma Papası məni “dünyanın prezidenti” adlandırdıbackend

Zelenski: Roma Papası məni "dünyanın prezidenti" adlandırdı

Ukrayna lideri Vladimir Zelenski Roma Papası Fransiskin onu “dünyanın prezidenti” adlandırdığını söyləyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS Ukrayna Prezidentinin Aparatının mətbuat xidmətinə istinadən yayıb.

Zelenski bu açıqlama ilə Vatikanda Roma Papası ilə görüşdən sonra çıxış edib.

O, hazırda “Avropada belə bir görünüşə” sahib olduğunu qeyd edib.

Vatikandakı görüşdə prezident və Roma Papası Yunan Katolik Kilsəsi və Donbasdakı qarşıdurma fonunda Ukraynadakı kilsə işləri mövzusunu müzakirə edib. Hədiyyələr mübadiləsi aparılıb. Bundan əlavə, Zelenski Papanı Ukraynaya dəvət edib.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*