Zelenskinin Donbasda görüş təklifinə Kremldən REAKSİYAbackend

Zelenskinin Donbasda görüş təklifinə Kremldən REAKSİYA

“Rusiya Prezidenti Vladimir Putinə ukraynalı həmkarı Vladimir Zelenskinin Donbasda görüş keçirməyi təklif etdiyi barədə məlumat verilib, ancaq dövlət başçısı təşəbbüslə yaxından tanış olmaq üçün vaxt tapmayıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Putinin gecənin çox hissəsini Federal Məclisə müraciətinin mətni üzərində işlədiyini və başqa suallar üçün vaxtının olmadığını bildirib.

Peskov Zelenskinin təşəbbüsünü şərh edərək, bunun üçün müəyyən ön şərtlərin olmalı olduğunu qeyd edib.

Prezidentin sözçüsü son vaxtlar Ukraynadan Putinlə görüşmək üçün heç bir rəsmi tələbin alınmadığını da əlavə edib.

Qeyd edək ki, V. Zelenski 20 apreldə Rusiya Prezidentinə müraciət edərək onu döyüşlərin getdiyi Donbasın istənilən yerində görüşməyə dəvət etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*