“Zelenskinin hərbi geyimdə Avropa parlamentlərindəki emosional çıxışlarının səbəbi budur” – LAVROVbackend

"Zelenskinin hərbi geyimdə Avropa parlamentlərindəki emosional çıxışlarının səbəbi budur" - LAVROV

“Ukrayna prezidenti Volodimir Zelenskinin xaki rəngli köynəkdə (hərbi geyimdə) Avropa parlamentləri qarşısındakı emosional çıxışları, Rusiya-Ukrayna danışıqlarının təxirə salınması, vəziyyəti dramatikləşdirmək NATO-nu hərbi əməliyyatlara təşviq etmək cəhdidir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib.

O, bildirib ki, Rusiya durumla bağlı Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makronla və İsrailin Baş naziri ilə daimi əlaqədədir:

“Biz Qərbin vasitəçilik cəhdlərini anlayırıq. Ancaq Qərb dövlətləri də anlamalıdır ki, Rusiyanın “qırmızı xətti” var və biz bunu illərdir deyirik”.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*