Zəngəzurda (Sünik) əməliyyat-axtarış fəaliyyətinin nəticələrindən sonra bir neçə vətəndaş hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Baş Polis İdarəsinin rəis müavini Ara Fidanyan jurnalistlərə açıqlamasında bildirib.
Bundan əvvəl səhər saatlarında isə Mehri şəhərinin meri Mxitar Zakaryanın hüquq-mühafizə orqanları tərəfindən İrəvana aparıldığı açıqlanmışdı.
Fidanyan barəsində cinayət işi başlanılmış Zakaryanın prosessual vəziyyəti barədə suala cavabında bildirib ki, bu, istintaq prosesindən sonra aydınlaşdırılacaq. Onun sözlərinə görə, vətəndaş hüquq-mühafizə orqanlarına aparıldıqdan dərhal sonra prosessual status ala bilmir.
“Əgər hərəkətlərində cinayət tərkibinin olmadığı ortaya çıxsa, ona qarşı heç bir tədbir görülməyəcək”,-deyə Fidanyan əlavə edib.