Zəngilan ərazisində baş vermiş avtomobil qəzası nəticəsində xəsarət alanların adları məlum olub.
KONKRET.az-ın xəbərinə görə, “Pikap” tipli avtomobilin yük maşınınla toqquşması nəticəsində 45-50 yaşlarında kişi hadisə yerində dünyasını dəyişib.
Avtoqəzada, 1995-ci il təvəllüdlü Vüsal İsmayılzadə, Natiq Bayramov, Emin İbrahimov və daha bir nəfər xəsarət alıb.
Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
18:18
Zəngilanda bir nəfərin ölümü 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Füzuli-Zəngilan avtomobil yolunun rayonun Ağalı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını ilə “Kamaz” toqquşub.Qəza zamanı 1 nəfər hadisə yerində ölüb, 4 nəfər isə ağır yaralanıb.
Qeyd edək ki, minik maşını Zəngilanda yerləşən şirkətlərdən birinə məxsusdur.
