Zəngilandan qayıtmış əməkdar artist: “Evimizin təkcə daşları qalmışdı…”backend

Zəngilandan qayıtmış əməkdar artist: "Evimizin təkcə daşları qalmışdı..."

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı əməkdar artist Almaz Orucova da iştirak edib.

KONKRET.az xəbər verir ki, əməkdar artist Teleqraf.com-un suallarını cavablandırıb.

– Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Zəngilana səfəri zamanı siz də iştirak etdiniz. Təəssüratlarınızı eşitmək istərdik.

– Zəngilanın azad edilən gün mənim və bütün zəngilanlıların ən uca, ən ali günü idi. Torpağımızda baş ucalığı və qürurla dayanmışdıq. Bu, dövlət başçımız İlham Əliyevin düzgün siyasətinin və öz ordusunun başında qətiyyətlə, cəsarətlə dayanmasının, igid oğullarımızın, ölməzliyə qovuşan şəhidlərimizin əziyyəti, zəhməti idi. Dünən biz böyük məsuliyyət və həyəcanla cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı gözləyirdik. Prezident və xanımı bizə o qədər səmimiyyət, sevgi və qayğı ilə yanaşdılar ki, həyəcanımız sevinc və qürurla əvəz oldu. 30 ildən sonra Zəngilana ilk dəfə ayaq basdım. Evimiz prezidentimizlə baş tutan məkanın yaxınlığında idi. Cənab prezidentdə evimizi göstərdim. Ordan ancaq daş qalmışdı…

– Evinizi görərkən hansı hissləri keçirdiniz?

– Danışmağa söz tapmadım. Öncə bir az dayandım, gözəl həyətimiz, ocağımız, qonşularımızın evləri yox idi. Dondum və dedim ki, Allahım, o gözəllikəri məhv etmək olardımı? Bir millət nə qədər vəhşi, şeytan olmalıdır ki, bu qədər murdar hərəkətlər etsin. Orada xatirələrimi yaşamaq istəyirdim, o qədər kövrəldim ki… Hisslərimi sözlə izah edə bilmirəm. Hava yağışlı idi. Zəngilan bizi narın yağışla qarşıladı. Torpaq sanki rahat nəfəs alırdı.

– Prezident və xanımı ilə aranızda dialoq oldumu?

– Mən Elnur Əhmədovla kiçik çıxış etdik. Çıxışımızdan sonra Mehriban Əliyeva bizi yanına dəvət etdi, musiqidən, Zəngilan torpağımızdan, sevincimizdən, qürurumuzdan, 44 gün ərzində torpaqlarımızın azad edilməsindən danışdıq. Cənab prezdentimiz qeyd etdi ki, Zəngilanımızda və azad olunmuş torpaqlarımızda quruculuq işləri olacaq. Biz tez-tez görüşəcəyik.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*