Zinəddin Zidan “El-Klasiko”dakı qələbəni şərh edibbackend

Zinəddin Zidan “El-Klasiko”dakı qələbəni şərh etdi

“İdeal oyun keçirdik və üç xal qazandıq. İndi bərpa olunmaq və qələbəyə sevinmək lazımdır”.

 

KONKRET.az xəbər verir ki, bunu “Real”ın baş məşqçisi Zinəddin Zidan deyib.

Fransalı mütəxəssis İspaniya La Liqasının “Barselona” ilə VII turun səfər matçını dəyərləndirib. Zidan “El-Klasiko”dakı 3:1 hesablı qələbədən məmnunluğunu gizlətməyib: “Biz bu nəticədən məmnunluq yaşayacağıq, sonra “Borussiya” ilə matçı düşünməyə başlayacağıq. Çərşənbə axşamı artıq yaxındadır. Son günlər üzləşdiyimiz tənqidlərə gəlincə, təmkinimizi qorumalı və bacardığımız kimi oynamalıyıq. O tənqid haqlı deyildi. Oyunçulara görə şadam. Meydanda məhz onlar döyüşür. Komandada xarakter var və bu gün onu nümayiş etdirdi. Komandamla fəxr edirəm. Bu, ideal keçirdiyimiz oyunda əldə olunan komanda qələbəsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*