“Zirə” onunla yollarını ayırdıbackend

“Zirə” onunla yollarını ayırdı

“Zirə” portuqaliyalı qapıçısı Tiaqo Silva ilə yollarını ayırıb.

KONKRET.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi müqavilə müddəti başa çatan 26 yaşlı qolkiperlə yeni sözləşmə imzalamamağa qərar verib. “Zirə” portuqaliyalı qapıçıya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, T. Silva 2023-cü ilin yayından bəri “Zirə”nin şərəfini qoruyurdu. O, komandanın əsas heyət üzvlərindən biri olub. Daha əvvəl isə təcrübəli qapıçı ölkəsinin “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarında çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*