Bu gün Misli Premyer Liqasında 13-cü tura yekun vurulacaq.
KONKRET.az xəbər verir ki, son oyun günündə lider “Zirə” öz meydanında “Qəbələ” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün və turun son matçında isə “Qarabağ” “Səbail”i qəbul edəcək.
12 noyabr (bazar)
Misli Premyer Liqası, 13-cü tur
16:30. “Zirə” – “Qəbələ” – 1:0
Qol: Qismət Alıyev, 65-pen.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
