Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ölkəni təırk edib və yeni işlə məşğuldur.
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Aleksey Venediktov məlumat verib.
Məlumata görə, Zurabişvili ABŞ-ın Makkeyn İnstitutunda işləyir.
İnstitutun saytında məlumat verilib ki, keçmiş prezident öz diplomatik, liderlik və siyasi təcrübəsindən ölkəsini yeni seçkilərə və demokratik inkişaf yoluna doğru aparmaq üçün istifadə edəcək.
Qeyd edək ki, institut 2012-ci ildə senator Con Makkeynin prezidentlik kampaniyasından qalan pulla təsis edilib. İnstitutun keçmiş donorları arasında Corc Soros, “Speys X” şirkəti, Səudiyyə Ərəbistanı və Danimarka hökumətləri olub.