“1 təyyarə, 14 tank, 6 PUA…” – Son sutkada Rusiyanın Ukraynadakı İTKİLƏRİ + TAM SİYAHIbackend

"1 təyyarə, 14 tank, 6 PUA..." - Son sutkada Rusiyanın Ukraynadakı İTKİLƏRİ + TAM SİYAHI

Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, son sutkada Rusiya qoşunları heç bir uğur əldə edə bilməyib, əksinə Ukrayna ordusu ruslara zərbələr endirib və bəzi ərazilərdə üstünlüyü ələ keçirib.

Ukrayna MN-dən bildirilib ki, son 24 saatda Rusiyanın 1 təyyarəsi, 2 helikopteri, 14 tankı, 6 PUA-sı, 8 piyada döyüş maşını, 3 artilleriya sistemi, 300-ə yaxın canlı qüvvəsi məhv edilib. Həmçinin Ukrayna Hərbi Hava Qüvvələri Rusiya qoşunlarının şəxsi heyətinə və texnikasına sarsıdıcı zərbələr vurub.

Məlumatda həmçinin qeyd olunub ki, Rusiya qoşunlarının təminatı tükənmək üzrədir. Həmçinin ruslar Belarus SQ-ni müharibəyə cəlb etmək üçün ciddi cəhd göstərir. Sumı vilayətinin Oxtırka rayonunda 300-ə yaxın rusiyalı əsgər komandirlərin tapşırıqlarını yerinə yetirməkdən imtina edərək əməliyyat ərazisini tərk ediblər. Rusların Donetsk və Luqanskda irəliləmək cəhdlərinin qarşısı isə qətiyyətlə alınır.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*