Meyxanaçı Orxan Lökbatanlı açıqlaması ilə diqqət çəkib.
KONKRET.az xəbər verir ki, o, qonaq olduğu “Rəngarəng”də həmkarlarından gileylənib.
Rəşad Dağlını ayrı yerə qoyan söz ustası yaşadığı çətin dönəmi yada salıb:
“Çox ağır xəstəlik keçirmişəm. 2018-ci ilin sonları idi. Mən bu gün ona görə Rəşadın yanındayam ki, 14 gün ölüm yatağında olanda hər gözümü açanda onu başımın üstündə görürdüm. Belə dəyərlər milyardlarla ölçülmür. Heç kim məndən inciməsin, Rəşaddan başqa meyxanaçını yanımda görmədim. Bu qədərmi daşlaşmışıq? Sonra deyirlər ki, Orxan meyxanadan niyə getdi?!”./milliaz