20 dollarlığın üstündə afroamerikalının şəkli olacaq? – VİDEObackend

20 dollarlığın üstündə afroamerikalının şəkli olacaq? - VİDEO

ABŞ Maliyyə Nazirliyi 20 dollarlıq əsginasın dizaynını yeniləmək fikrindədir.

KONKRET.az “Rossiya 24” telekanalına istinadən bildirir ki, yeni əsginasın üzərində afroamerikalı fəal Harriet Tabmenin təsviri əks olunacaq. Bu xanım XIX əsrdə quldarlığa qarşı və sosial islahatlar uğrunda mübarizə aparıb.

Qeyd edək ki, bu ideya ilk dəfə Barak Obama hökuməti tərəfindən irəli sürülüb. Tramp hakimiyyəti zamanında təklifə baxılması təxirə salınıb. İndi isə Co Bayden administrasiyası məsələni yenidən gündəmə gətirib.

Xatırladaq ki, hazırda 20 dollarlıq əsginasın üzərində ABŞ-ın yeddinci Prezidenti Endryu Cekson təsvir olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*