ABŞ-ın Texas ştat məhkəməsi 2019-cu ilin avqustunda El-Paso şəhərində supermarketdə 22 nəfəri öldürən şəxsə ittiham irəli sürüb.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “RİA”Novosti” agentliyi yayıb.
21 yaşlı Patrick Vud Kruzius 3 avqust 2019-cu il tarixində El Paso (Meksika sərhədində) şəhərində yerləşən Walmart supermarketində atəş açıb.
Ehtimal edilir ki, o, irqçi mülahizələrə görə cinayət törədib, amma məhkəmə qərara alıb ki, insident nifrət zəminində baş verib.
Ona qarşı 22 nəfərin öldürülməsinə və 23 nəfərin yaralanmasına görə ittiham irəli sürülüb.
Mənbə bildirir ki, Kruzius ya ömürlük həbs cəzası, ya da ölüm cəzası alacaq.
Babək Göyüş
KONKRET.az
