Rusiyanın Kamçatka vilayətində avqustun 31-də radardan itmiş helikopterin qalıqları tapılıb.
KONKRET.az xəbər verir ki, “Rusiya Fövqəladə Hallar Nazirliyinin helikopteri avqustun 31-də radardan itmiş “Mi-8T” helikopterinin qəzaya uğradığı əraziyə uçub.
Helikopterin göyərtəsində Rusiya FHN-in 8 nəfərdən ibarət axtarış-xilasetmə qrupunun xilasediciləri var. Əlverişsiz hava şəraitində idarəetmə səhvi prioritet versiya hesab olunur. Dumanda pilot təpəni görə bilməyib və helikopter onun yamacına çırpılıb”. Qərargah nümayəndəsi əlavə edib ki, avadanlıqların nasazlığı versiyaları da nəzərdən keçiriləcək, lakin o, hələlik əsas hesab edilmir.
Məlumata görə, helikopterin göyərtəsində 22 nəfər olub: 3 ekipaj üzvü və 19 sərnişin.