3000-dən çox əsgər və yüzlərlə texnika – Kuril adalarında GƏRGİNLİK ARTIRbackend

3000-dən çox əsgər və yüzlərlə texnika - Kuril adalarında GƏRGİNLİK ARTIR

Rusiya Şərq Hərbi Dairəsi Kuril adalarında təlimə başlayıb.

KONKRET.az-ın xəbərinə görə, bununla bağlı Rusiya tərədinin açıqlamasında qeyd olunub ki, Kuril adalarında keçirilən döyüş hazırlığında Şərq Hərbi Dairəsinin ordu hissələrinin pulemyot və artilleriya hissəsinə məxsus 3000-dən çox əsgər və yüzlərlə hərbi texnika iştirak edib.

Qeyd edək ki, Yaponiyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rəsmi Moskvanı qıcıqlandırıb. Bundan əlavə Yaponiyanın Kuril adaları ilə bağlı iddiaları son günlər yenidən gündəmə gəlib. Görünən odur ki, Rusiya- Yaponiya arasında da gərginlik getdikcə artmaqdadır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*