Qazaxıstanın Atırau vilayətində 63 dəvə qaraqurd dişləməsindən ölüb.
KONKRET.az xəbər verir ki, vilayətdə 400-ə yaxın dəvə karakurt dişləməsinə məruz qalıb.
Atırau vilayətinin kənd təsərrüfatı idarəsinin mətbuat xidmətinin məlumatına görə, İnderski, İsatayski və Kurmanqazinski rayonlarının qumlu ərazilərində qaraqurdların sayında artım müşahidə olunub.
Qeyd edək ki, dişləmədən zərər görən 217 baş dəvə müalicə olunub, 117 baş isə müalicə prosedurlarını davam etdirir.
Rəsmiyyə Şərifova,
KONKRET.az