“80 ildə ilk dəfə olaraq bütün bəşəriyyət bir nəfərin ÖLÜMÜNÜ İSTƏYİR” – Nevzorovbackend

"80 ildə ilk dəfə olaraq bütün bəşəriyyət bir nəfərin ÖLÜMÜNÜ İSTƏYİR" - Nevzorov

“80 ildə ilk dəfə olaraq bütün bəşəriyyət bir nəfərin ölümünü arzulayır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyalı publisist və jurnalist Aleksandr Nevzorov deyib. O bildirib ki, 80 ildə ilk dəfə olaraq bütün bəşəriyyət bir nəfərin ölümünü istəyir.

“Milyonlarla insan yuxudan oyanır və barmaqlarını qacetlərinə tıklayaraq, “Putin öldü” başlıqlarını görəcəkləri ümidi ilə zəng edir… Bununla belə, bu insan özünü əla hiss edir. Üstəlik, mətbuat katibi Peskovun dediyi kimi, emosional vəziyyəti mükəmməldir, sabitdir.

Əmri ilə minlərlə insanın öldürüldüyü, on minlərlə insanın həlak olduğu, şəhərlərin dağıdıldığı, uşaqların qurban getdiyi, qocaların və qadınların hissələrə parçalandığı bir insanın vəziyyəti belə olmalıdır. Onun ideal stabil vəziyyəti var… “, -deyə Nevzorov İsraildə ictimaiyyətlə görüş zamanı bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*