backend

Abrahamyan: “Ermənistan hakimiyyəti hərbi əsirlərlə bağlı ictimaiyyətdən nə gizlədir?”

“Rusiyanın xarici işlər naziri erməni əsirlərinin geri qaytarılması məsələsinə toxunmaqla bildirib ki, erməni tərəfi hərbi əsirlərin siyahılarını dərhal təqdim etməyib. Nəticədə problem tamhüquqlu həllini tapmayıb. Əslində Rusiya tərəfi həll olunmamış problemin səbəbini erməni tərəfinin hərəkətsizliyində görür və ya bəlkə də hələ müzakirə olunmayan başqa bir səbəb də var. Çox gözləntilərim yoxdur, amma yenə də ümid edirəm ki, Ermənistan hakimiyyəti ictimaiyyətə bu mövzuda müvafiq izahatlar verəcəkdir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Enaket” analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan “Panorama.am” nəşrinə açıqlamasında deyib. O əlavə edib ki, parlament müxalifətinin əsirlərlə bağlı məsələni müzakirə etməsini təklif edib. Lakin iqtidarın parlamentdəki tərəfdarları hərbi əsirlər mövzusundakı müzakirəni rədd edib. Paşinyan bu mövzunu onunla siyasi bazarlığa girən “şəxs-partiyalar”ın təşəbbüsü kimi qiymətləndirir. Bütün hallarda səlahiyyətlilərin bu cür davranışı yeni problemlər və şübhələrə səbəb olur”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*