Abramoviç Putinə görə bu nəşriyyatı MƏHKƏMƏYƏ VERDİ – TƏFƏRRÜATbackend

Abramoviç Putinə görə bu nəşriyyatı MƏHKƏMƏYƏ VERDİ - TƏFƏRRÜAT

Rusiyanın dörd biznesmeni, həmçinin “Rosneft” şirkəti Londonda yerləşən “HarperCollins” adlı nəşriyyatı məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına görə, bunun səbəbi qəzetin Moskva müxbiri Ketrin Beltonun həmin nəşriyyatda dərc etdirdiyi “Putinin adamları” adlı kitabdır.

Həmin oliqarxların arasında Roman Abramoviçin, “Alfa-qrup”un həmsədi Mixail Fridmanın, “Alfa-bank”ın direktorlar şurasının sədri Pyotr Avenin, sahibkar Şalva Çiqirinskinin adı diqqəti cəlb edir.

16 il Rusiyada yaşayan Ketrin Beltonun bu kitabı 2020-ci ilin yazında işıq üzü görüb. Kitabda Vladimir Putinin hakimiyyətə gəlməsindən, onun iş adamları ilə əlaqəsindən bəhs olunur.

Mixail Fridmanın nümayəndəsi sözügedən biznesmenlərin bir-biri iə danışmadan işi məhkəməyə verdiklərini iddia edib. “Rosneft” korporasiyası və Şalva Çiqirinski “The Financial Times”ın suallarına cavab verməkdən boyun qaçırıb.

Nəşriyyatdan verilən rəsmi açıqlamada “müəllifin müasir Rusiya ilə bağlı dolğun və dürüst şəkildə araşdırma apardığı”, “bu sahədə çalışan bir çox ekspertin əsəri yüksək qiymətləndirdikləri” vurğulanıb.

Roman Abramoviçi qəzəbləndirən əsas fakt onun 2003-cü ildə “Çelsi” futbol klubunu məhz Vladimir Putinin göstərişi ilə alması ilə bağlı gedən informasiya olub. “HarperCollins” Abramoviç cəbhəsindən “ağıllı təklifləri” eşitməyə hazır olduğunu bildirsə də, rus milyarderin hüquqşünasları problemi sülh yolu həll etməkdən boyun qaçırıblar və prosesi axıra qədər davam etdirəcəklərini bildiriblər.

Kitab tam olaraq “Putinin adamları: DTK Rusiyanı özünə necə qaytardı və Qərbə doğru hücuma keçdi” adlanır. Burada prezident Vladimir Putinə yaxın keçmiş DTK zabitlərindən bir qrupun Rusiyanın əsas şirkətlərini və dövlət institutlarını hansı yollarla ələ keçirməsindən danışılır.

Kitabın yazılmasında Kremldəki qaynaqların, diplomatların, kəşfiyyatçıların, prokurorların, hətta kriminal elementlərin verdikləri şərhlərdən istifadə olunub. Onların əksəriyyəti isimlərini anonim saxlayıblar.

Əsər “The Times”, “The Sunday Times” və “The Daily Telegraph” kimi nüfuzlu qəzetlər tərəfindən “ilin kitabı” elan edilib.(musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*