ABŞ-da “Putin” adlı pələng öldü – FOTObackend

ABŞ-da "Putin" adlı pələng öldü - FOTO

ABŞ-ın Minnesota zooparkında “Putin” adlı amur pələngi ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın Səsi və Minnesota Zooparkı məlumat yayıb. Zooparkın sayta bu xəbərdən sonra “hücum” olub.

Qeyd olunur ki, 12 yaşlı Putin adlı pələng  tibbi prosedur zamanı ürək tutmasından dünyasını dəyişib.

Pələng baytarların, heyvandarlıq mütəxəssislərinin və zoopark işçilərinin səylərinə baxmayaraq, ürək çatışmazlığından dünyasını dəyişib.

Xatırladaq ki, Çexiya zooparkında şərq qara kərgədanının balası doğulub, ona ukraynalıların Rusiya ordusuna müqaviməti şərəfinə Kiyev adı verilib.

Paytaxtın zooparkında lemur doğulub. O, Ukrayna Silahlı Qüvvələrinə Rusiya ordusunun hücumunun qarşısını almağa kömək edən türk pilotsuz təyyarələrinin şərəfinə Bayraktar adlandırılıb.

Kiyev bölgəsindəki “XII Aylar” ekoparkında, Rusiya Federasiyası ilə müharibə şəraitində bir artım olub – orada kiçik bir zebra doğulub. Ona Kiçik Ze adını verdilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*