ABŞ-da Putinə bənzəyən oyuncaq satılır – FOTOLARbackend

ABŞ-da Putinə bənzəyən oyuncaq satılır - FOTOLAR

ABŞ-da hərbi oyuncaqların kolleksiya satışında ixtisaslaşan “EKIA Hobbies” müştərilərə Rusiya prezidenti Vladimir Putinə bənzəyən xüsusi təyinatlı əsgər fiqurunu almağı təklif edir.

KONKRET.az xəbər verir ki, bu barədə REN TV xəbər yayıb.

Fiqur “Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları” seriyasında istehsal olunur. 165 dollar dəyərində olan oyuncağa həmçinin AKS-74 avtomatı, qumbaralar, reaktiv odsaçan və digər aksessuarlar daxildir.

Qeyd edək ki, xüsusi təyinatlıların heykəlciyinin satıldığı veb saytında Rusiya Federasiyası Prezidentinin adından bəhs edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*