Qiyamçı general Xəlifə Haftara daha bir zərbə rəsmi Vaşinqtondan gəlib. ABŞ Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez əs-Sərraca təşəkkür edib.
KONKRET.az xəbər verir ki, təşəkkür mətni ABŞ-ın Liviyadakı səfirliyinin sosial media hesabında paylaşılıb.
“Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez əs-Sərrac və Daxili İşlər naziri Fəthi Başağa əməkdaşlığa görə təşəkkür edirik. ABŞ hüquqi dövlətin tərəfindədir”, – deyə vurğulanıb.