ABŞ erməniləri çox qəzəblidirlər: Bayden Azərbaycana yardımı dayandırmadıbackend

ABŞ erməniləri çox qəzəblidirlər: Bayden Azərbaycana yardımı dayandırmadı

ABŞ Azərbaycana yardımını dayandırmamaq qərarına gəlib. Buna görə ermənilər Baydenə qəzəblidirlər.

KONKRET.az xəbər verir ki, bu barədə “The California Courier” qəzetinin redaktoru və naşiriArut Sasunyan erməni mətbuatına müsahibəsində deyib. O, ABŞ-dakı erməni icmasının məyusluğunu şərh edərkən bildirib ki, Co Bayden seçkiqabağı vədini tutmadı.

“Bayden bildirib ki, ABŞ Azərbaycana hərbi yardımı dayandıracaq. Lakin o, qanunu qüvvədə qoyub və bu, erməni əsilli amerikalıların böyük qəzəbinə səbəb olub”, – Sasunyan bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə ABŞ-dan ciddi addımlar və ya dəyişikliklər gözləməyə dəyməz, çünki ötən illərin təcrübəsi göstərir ki, Ermənistana dəstək yalnız müraciət və bəyanatlarla məhdudlaşır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*