“Təəssüf ki, Amerikanın İrəvanda güclü bir səfirə ehtiyacı olduğu bir zamanda, ölkəmizin təmsilçisi Linn Treysi hər mövzuda uğursuz oldu. Ermənistandakı minimum səlahiyyətli səfirimiz əsas peşəkar meyarlara cavab vermədi”.
KONKRET.az xəbər verir ki, bu fikirlər Amerika Erməni Milli Komitəsinin Dövlət Departamentinə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysini geri çağırması ilə bağlı müraciətindən götürülüb. Milli Komitə belə hesab edir ki, yeni Bayden administrasiyası Ermənistana yeni səfir təyin eməli və ABŞ-Ermənistan münasibətlərini yenidən bərpa etməli və gücləndirməlidir. Çünki Treysi Azərbaycan və Türkiyə ilə erməni xalqının ölüm-qalım müharibəsində susdu, qarşı tərəfin cinayətlərini demədi. “Linn Treysi milli böhran dövründə ermənilərə maddi və ya hətta mənəvi olaraq kömək edə bilmədi. Treysi İrəvana gəldikdən sonra ABŞ və Ermənistan arasındakı münasibətlər əvvəlki dövrlə müqayisədə daha da pisləşdi”.
KONKRET.az
