ABŞ-ın maraqlarını qoruyan diplomat İranda öldübackend

ABŞ-ın maraqlarını qoruyan diplomat İranda öldü

İsveçrənin Tehrandakı səfirliyinin əməkdaşı İran paytaxtının rayonlarından birində yerləşən çoxmərtəbəli binadan yıxılaraq ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə axşamı İranın ISNA agentliyi məlumat yayıb.

Tehranın fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə, bədbəxt hadisə baş verib: 51 yaşlı qadın Kamraniya bölgəsindəki çoxmərtəbəli binanın damından yıxılıb. Yerli həkimlər hadisə yerində onun ölümünü qeydə alıblar. O da bildirilib ki, isveçrəli qadının meyiti məhkəmə-tibbi ekspertlərinə təhvil verilib.

Diplomat ABŞ-ın İrandakı maraqlarının təmin olunması ilə əlaqəli məsələləri kurasiya edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*