ABŞ İranla bağlı 3 variantı nəzərdən keçirirbackend

ABŞ İranla bağlı 3 variantı nəzərdən keçirir

ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun İranla bağlı mümkün addımlarından danışıb. O bildirib ki, hazırda hadisələrin inkişafı üçün üç variant nəzərdən keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bessentin sözlərinə görə, mümkün variantlar bunlardır: razılaşmanın əldə olunması, blokadanın davam etdirilməsi və təzyiqin gücləndirilməsi, yaxud hərbi əməliyyatlara qayıdış.

Nazir qeyd edib ki, onun fikrincə, təzyiqin artırılması qarşı tərəfin vəziyyətini hər gün daha da ağırlaşdırır.//.Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*