ABŞ Silahlı Qüvvələri Suriyada terror təşkilatı PKK/YPG-nin üzvü olan terrorçunun ölümü ilə bağlı başsağlığı mesajı yayımlayıb.
KONKRET.az xəbər verir ki, qalmaqallı paylaşım ABŞ Mərkəzi Komandanlığının (Centcom) rəsmi “Twitter” hesabında yer alıb.
Paylaşımda iyulun 22-də Qamışlıda öldürülən terrorçulardan biri olan “Ciyan Afrin” kod adlı Salva Yuşukun fotosu təqdim edilib.
Terrorçunun Suriyada İŞİD-ə qarşı mübarizədə mühüm rol oynadığı bildirilib./oxu.az
