Türkiyədə benzinin bir litrinin satış qiymətində 5,90 lirəlik ucuzlaşma olub.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, ölkə daxilində qəbul edilən yeni qiymət tənzimlənməsindən sonra endirim gecə yarısından etibarən Türkiyədəki yanacaqdoldurma məntəqələrinin qiymət lövhələrində əks olunub.
Bununla da Türkiyəli sürücülər yanacağı yenilənmiş və daha ucuz qiymətlərlə əldə etməyə başlayıblar.
Endirimin tətbiqindən etibarən müxtəlif şəhərlərdəki yanacaq doldurma məntəqlələrində sıxlıq müşahidə edilib.
