Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərində qar yağıb.
KONKRET.az xəbər verir ki, APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Qusar rayonunun Laza kəndində 8 santimetr, Quba rayonunun Xınalıq və Qrız kəndlərində isə 15 santimetr təşkil edir.
