ABŞ pilotlarının yeri belə aşkarlanırmış – İran mediası məlumat yaydıbackend

ABŞ pilotlarının yeri belə aşkarlanırmış – İran mediası məlumat yaydı

ABŞ Hərbi Hava Qüvvələrinin pilotları fövqəladə vəziyyətlərdə əlaqə yaratmaq üçün CSEL adlı xüsusi rabitə sistemindən istifadə edir.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

“Boeing” şirkətinin hazırladığı bu cihaz pilotun jiletinə bərkidilən kiçik və möhkəm qurğu kimi dizayn olunub.

Pilot katapult etdikdən sonra belə, cihaz onun üzərində qalır və avtomatik şəkildə işə düşür.

Məlumata görə, CSEL sistemi adi radio rabitəsindən fərqli olaraq səsli danışıq əvəzinə qısa və şifrələnmiş siqnallar göndərir.

Qurğu pilotun yerini, vəziyyətini və “yaralıyam” və ya “düşmən yaxınlıqdadır” kimi mesajları dəyişən tezlikli siqnallar vasitəsilə ötürür.

Sistemin əsas üstünlüyü səsli rabitənin məhdud istifadəsi və asan izlənilə bilən sabit siqnal yaymamasıdır. Bu isə pilotun düşmən tərəfindən aşkarlanma riskini əhəmiyyətli dərəcədə azaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*