ABŞ Prezidenti Hindistanın Baş naziri ilə DANIŞACAQbackend

ABŞ Prezidenti Hindistanın Baş naziri ilə DANIŞACAQ

Bayden Hindistanın Baş naziri ilə danışacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

ABŞ Prezidenti ilə Hindistanın Baş naziri arasında danışıqlar aprelin 11-nə planlaşdırılır.

Co Bayden Hindistanın Baş naziri Narendra Modiyə Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı sərt mövqe nümayiş etdirməsi üçün “təzyiq edəcək”.

Hindistanın Ukraynadakı vəziyyətlə bağlı neytral mövqeyi bundan əvvəl Vaşinqtonda narahatlıq yaradıb.

Qeyd edək ki, son günlər Pakistanda baş verən hadisələrdə ABŞ-ın “barmağı” olduğu iddia edilir və Baydenin Hindistanın Baş naziri ilə bu hadisələrin fonunda görüşməsi bir sıra suallar doğurur.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*