ADSEA sədri Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış oldu – FOTOLAR backend

ADSEA sədri Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış oldu - FOTOLAR 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra su təsərrüfatı layihələrinin icra vəziyyəti ilə tanış olub.

ADSEA-dan KONKRET.az -a verilən məlumatda bildirilir ki, səfər zamanı Culfa rayonunun Əlincə kəndi ərazisində Bənənyar kanalına, Babək rayonunun Çeşməbasar və Gülşənabad kəndləri arasında 240 hektar sahədə qapalı suvarma və drenaj şəbəkəsinin tikintisinə, Nehrəm qəsəbəsində Araz-2 nasos stansiyasına, həmçinin Naxçıvan şəhəri ərazisində Qaraçux kanalının tikintisi işlərinə baxış keçirilib.

Layihələrin həyata keçirilməsi Naxçıvanda suvarma infrastrukturunun müasirləşdirilməsinə, su təminatının yaxşılaşdırılmasına və kənd təsərrüfatı torpaqlarının suvarma imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*