“ABŞ Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışacaq” – Fenenkobackend

"ABŞ Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışacaq” - Fenenko

“Erməni diasporu Demokratik Partiyanın ənənəvi sütunlarından biridir. Demokratların düşüncə mərkəzlərində çalışan etnik ermənilərin sayı kifayət qədərdir. Təəccüblü deyil ki, iqtidara gəldikdə, demokratlar daim partiyaya səs verən seçici qrupunun sifarişini yerinə yetirir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasəti Fakültəsi Beynəlxalq Təhlükəsizlik kafedrasının professoru Aleksey Fenenko Co Baydenin Cənubi Qafqazla bağlı yürüdə biləcək siyasətini şərh edərkən deyib.

O əlavə edib ki, “Cənubi Qafqazda ənənəvi olaraq demokratlar daima Gürcüstan və Ermənistana güvəniblər. Çünki bu dövlətləri  ABŞ mümkün qədər Rusiyadan qoparmaq istəyir. İndiki vəziyyətdə demokratların mövqeyi Ermənistanı tamamilə qane edir. Ona görə ki, noyabr razılaşmasının şərtlərinin Ermənistana nisbətən Azərbaycana daha çox faydalı olduğunu düşünürlər. Baxmayaraq ki, bu, belə deyil, barışıq üçün səy göstərən bütün tərəflər üçün 10 noyabr anlaşması faydalıdır. Bəlkə də amerikalılar Ermənistana bunun tələbinə cavab olaraq Qarabağ nizamlama şərtlərinə yenidən baxmağı təklif edəcəklər”.

“Eyni zamanda, aydın şəkildə başa düşməliyik ki, ABŞ Cənubi Qafqazda heç bir şəkildə barışıq istəmir. Nə Ermənistanın, nə də Azərbaycanın lehinə. Rusların sülhməramlı missiyasını fiaskoya uğratmaq üçün ABŞ bu qarşıdurmanı yenidən alovlandırmaq istəyəcək. Bu vəzifənin icrası üçün Ağ ev separatçıların və revanşistlərin dəstəyindən istifadə etməyə çalışacaq. Qeyd edək ki, ABŞ Trampın dövründə bölgəni tərk etməyib, Gürcüstanda qalıb və indi Ermənistana təsirlərini maksimum dərəcədə artırmağa çalışacaq.

Burada Rusiya və Türkiyə əleyhinə motivləri də nəzərə almaq lazımdır”, – deyə Fenenko bildirib.

Lətif,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*