AFFA rəhbərliyinin Lənkəran və Masallı stadionları ilə bağlı qarşı tərəfllə təmasa keçməsi həqiqəti əks etdirmir.
KONKRET.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli AFFA-nın yeni strategiyasına əsasən Lənkəran və Masallıdakı stadionların alınması və orada yenidənqurma işlərinin görüləcəyi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
Qurumun sözcüsü yeni strategiyanın yaxın günlərdə ictimaiyyətə təqdim olunacağını və hər kəsin orada yer alan müddəalarla tanış ola biləcəyini də vurğulayıb.
Qeyd edək ki, Lənkərandakı stadion 2006-cı ildə istifadəyə verilib. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib. Hazırda futbolsuz qalan arenanın durumu heç də yaxşı deyil. Anatoli Banişevski adına Masallı şəhər stadionunun durumu daha bərbaddır. Bir vaxtlar ölkə çempionatının oyunlarını qəbul edən idman qurğusundan sadəcə boz divarlar qalıb.