Ağ Ev Çin istehsalı çiplərə məhdudiyyətləri sərtləşdirməyi planlaşdırırbackend

Ağ Ev Çin istehsalı çiplərə məhdudiyyətləri sərtləşdirməyi planlaşdırır

ABŞ Prezidenti Co Baydenin administrasiyası yarımkeçirici istehsal avadanlıqlarının Çinə ixracı ilə bağlı qaydaların sərtləşdirilməsi planı hazırlayır.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, ABŞ dövlət başçısının administrasiyası bununla bağlı elanın aprel ayında veriləcəyini bildirib. Təşəbbüs Çin sənayesinin öz çiplərini istehsal etməsinin qarşısını almaq üçün təşviq edilir.

Yeni qaydalara əsasən, ixracı üçün xüsusi lisenziyaların alınması tələb olunan malların siyahısında adların sayı (hazırda 17) artırılacaq.

ABŞ həmçinin öz fəaliyyətlərini əsas çip istehsalçıları olan Niderland və Yaponiya ilə əlaqələndirmək niyyətindədir. Eyni zamanda, Tokio və Amsterdam imtina etsə belə, Vaşinqton məhdudiyyətlərə gedəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*