Ağ Evə hücum oldu, bir nəfər vuruldu – TƏFƏRRÜAT – VİDEObackend

Ağ Evə hücum oldu, bir nəfər vuruldu - TƏFƏRRÜAT - VİDEO

ABŞ lideri Donald Tramp avqustun 11-də mətbuat konfransı keçirərkən anidən  təhlükəsizlik qrupu tərəfindən salondan çıxarılıb.

“Hürriyet”in yazdığına görə, hadisə zamanı salondakı müxbirlərin çölə çıxmasına icazə verilməyib.

Tramp bir neçə dəqiqə sonra geri qayıdıb və Ağ Evin binası yaxınlığında bir nəfərin vurulduğunu açıqlayıb. O, təhlükəsizlik qüvvələri tərəfindən vurulan şübhəlinin silahlı olduğunu və xəstəxanaya aparıldığını bildirib.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti ilə bağlı dəqiq məlumatı olmadığını bildirən Tramp Gizli Təhlükəsizlik Xidmətinin hadisə ilə bağlı ətraflı açıqlama verəcəyini qeyd edib. O, özünü Ağ Evdə təhlükəsizlikdə hiss etdiyini və hər kəsə təşəkkürünü bildirdikdən sonra gündəmi qiymətləndirməyə davam edib.Şübhəlinin Ağ Evə nə qədər yaxın olduğunu bilmədiyini söyləyən Tramp, salondan çıxarıldıqdan sonra bunkerə deyil, Oval Ofisə aparıldığını bildirib.

“Dünyanın hər zaman belə təhlükəli bir yer olması çox təəssüf doğurucudur. Düşünürəm ki, bu, bir müddət də belə davam edəcək” ,- deyə Amerika lideri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*