Ağdam belə dirçələcək – Rusiyalı deputatbackend

Ağdam belə dirçələcək - Rusiyalı deputat

Ağdamın coğrafi mövqeyi və əlverişli iqlimi onun böyük potensialını səfərbər etmək üçün hər cür şans verir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərtac-a deyib.

“Əlbəttə, 30 ildən sonra hətta sıfırdan da aşağı səviyyədən başlamaq olduqca çətindir. Lakin mən əminəm ki, Azərbaycan xalqının əməksevərliyi vaxtilə gözəl şəhər olan Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək. Qaçqınlar doğma yurdlarına qayıda biləcək və gözəl nar bağları yenidən göz oxşayıb, qəlbləri sevindirəcək”, – Savelyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*