Ağgöl Milli Parkında yeni ceyran balaları doğulub – Fotolarbackend

Ağgöl Milli Parkında yeni ceyran balaları doğulub - FOTOLAR

“Bu gün Ağgöl Milli Parkında yeni ceyran balaları doğulub. Bu heyvanlar “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinin uğurlu nəticəsidir. Hazırda bu parkda yaşayan ceyran populyasiyasında fərdlərin sayı 74-dür”.

Bu barədə KONKRET.az-a ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova məlumat verib.

Onun sözlərinə görə, 2010-cu ilin 24 dekabr tarixində ceyranların reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi (WWF) tərəfindən intensiv işlər aparılıb:

“”Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində hazırkı dövrədək Şirvan Milli Parkından tutulmuş ümumilikdə 245 baş ceyranın respublikanın müxtəlif ərazilərinə, eləcə də Gürcüstan Respublikasının Vaşlovani Milli Parkına reintroduksiyası həyata keçirilib”.

A.Səmədova bildirib ki, son illərdə ölkə ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və yaşayış yerlərində qorunma rejiminin möhkəmləndirilməsi tədbirləri nəticəsində onların sayı artaraq 8000 başa çatıb. Nazirlik rəsmisi həmçinin əlavə edib ki, indi Azərbaycanda ceyranların müasir yaşadıqları sahələr Şirvan Milli Parkını, Ağgöl Milli Parkını, Bəndovan və Korçay yasaqlıqlarını və Acınohur-Ceyrançöl ərazisini əhatə edir.





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*